Naxçıvan Dövlət Universitetində Milli Mətbuat Günü qeyd edilib

Naxçıvan Dövlət Universitetində Milli Mətbuat Günü qeyd edilib
Naxçıvan Dövlət Universitetində Milli mətbuat və jurnalistika günü münasibətilə tədbir keçirilib.
GunAz.az xəbər verir ki, müxtəlif media qurumlarının nümayəndələrinin və universitetin media əməkdaşlarının iştirak etdiyi tədbirdə jurnalistlər mükafatlandırılıb, NDU TV-nin yenidən qurulmuş studiyası istifadəyə verilib.
Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev Azərbaycanda media sahəsinə göstərilən dövlət qayğısından danışaraq Prezident İlham Əliyevin milli mətbuatın inkişafı və peşəkar jurnalistikanın gücləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb.
Rektor universitetdə jurnalistika sahəsində peşəkar kadr hazırlığının həyata keçirildiyini, rəqəmsal jurnalistikanın inkişafı istiqamətində layihələrin icra olunduğunu və beynəlxalq əməkdaşlığın genişləndirildiyini bildirib. O həmçinin NDU TV, “Nuhçıxan” radiosu və “Yeni fikir” qəzetinin universitetin fəaliyyətinin operativ işıqlandırılmasında mühüm rol oynadığını qeyd edib.
Çıxış edən media nümayəndələri universitetdə media sahəsinə göstərilən diqqəti yüksək qiymətləndirərək ali təhsil müəssisəsi ilə media qurumları arasında əməkdaşlığın uğurlu nəticələr verdiyini bildiriblər.
Tədbirin sonunda media nümayəndələrinə təşəkkür plaketləri və mükafatlar təqdim olunub. Ardınca NDU TV-nin yenidən qurulmuş, müasir avadanlıqlarla təchiz edilmiş studiyası istifadəyə verilib, Media və ictimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.


скачать dle 12.1
Geri qayıt