Kamran Əliyev Özbəkistanın Baş prokuroru ilə görüşüb

Kamran Əliyev Özbəkistanın Baş prokuroru ilə görüşüb
Azərbaycan Baş prokuroru Kamran Əliyev Özbəkistan Baş prokuroru Niqmatilla Yuldoşev ilə təkbətək görüş keçirib.
GunAz.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında prokurorluq orqanları üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Daha sonra ikitərəfli görüş olub.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər, hüquqi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və beynəlxalq platformalarda əlaqələrin daha da möhkəmləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
скачать dle 12.1
Geri qayıt