Gürdəsər TOPONİMİ
Gürdəsər Lerik rayonunun yaşayış məntəqələrindən biridir. Kənd rayon mərkəzindən 18 km şimalda, rayonun Dırıq (Değ) hissəsində yerləşir. Əliabad kənd inzibati ərazi dairəsi və Əliabad kənd bələdiyyəsinin tərkibinə daxildir. Əhalisi 2025-ci ildə rəsmən 900 nəfər olmuşdur (burada qeydiyyatda olanlar).
Yaşayış məntəqəsi yerli sakinlər tərəfindən talış dilində Qurdəsə adlandırılır. Kənd 2005-ci ilədək rəsmən Kürdəsər adlanmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 2005-ci il tarixli qərarı ilə Kürdəsər kəndinin adı dəyişdirilərək Gürdəsər adlandırılmışdır.
Kənd Kürdəsər adlanarkən toponim ilk olaraq kürdlərlə bağlı yer adı kimi düşünülmüşdür. Heç də təsadüfi deyildir ki, “Azərbaycanın yer adları” kitabında Kürdəsər “başçısı kürd olan kənd” kimi izah olunmuşdur (Rəmzi Yüzbaşov, Kamal Əliyev, Şəmsəddin Sədiyev. B., 1972, səh. 45).
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” kitabında isə Kürdəsər toponiminin etimologiyası ilə bağlı verilən mülahizələrdən biri aşağıdakı şəkildə qeyd edilmişdir: “Kəndin əhalisi talış dilində danışan kürdlərdən ibarətdir. Bu fakta istinad edən tədqiqatçılar oykonimi “kürdlər yaşayan yüksəklik, təpə” kimi izah edirlər” (I cild. B., 2007, səh. 422).
Əslində Kürdəsər Qurdəsə/Qurdəsərin təhrifə uğrayan adı olmuş və onun kürd etnosu ilə heç bir bağlılığı olmamışdır. Rus dilində olan sənədlərdə, o cümlədən əhalinin siyahıyaalınma sənədlərində Qurdəsə/Qurdəsər adı təhrif olunaraq gah Kurdasar, gah Kyurdasar, gah da Qirdasar şəklində yazılmışdır.
Məsələn, 1859-cu ilə dair siyahıyaalınma sənədlərində kəndin adı Kurdasar (Курдасар/Кюрдасар), 1911-ci ilə dair siyahıyaalınmada Kyurdasar (Кюрдасарь), 1921-ci ilə dair kənd-təsərrüfat siyahıyaalınmasında Qirdasar (Гирдасар), 1933-cü ilə dair inzibati-ərazi bölgüsündə isə Kurdasar (Курдасар) kimi qeyd olunmuşdur.
2005-ci ildə kəndin adında hərfi dəyişiklik edilmiş, baş hərf “k” “g” hərfi ilə əvəz edilərək yaşayış məntəqəsi rəsmən Gürdəsər adlandırılmışdır. Burada Kürdəsər kimi Gürdəsər də heç bir məna kəsb etmir.
Yuxarıda qeyd etdiyimiz kimi yerli və ətraf yaşayış məntəqələrinin sakinləri yaşayış məntəqəsini Qurdəsə adlandırır. Kürdəsər və ya Gürdəsər Qurdəsənin təhrifə uğramış adlarıdır. Qurdəsə toponiminin izahı ilə bağlı müxtəlif mülahizələr vardır. Toponim gah “qurədisə” (gurlu kəndin yuxarısı), gah “qurədəsə” (guruldayan dərənin yuxarısı), gah da “qırdəsəon” (əmmaməli başlar) variantlarında izah olunur.
Musarza Mirzəyev yazır: “Kürdəsər – Qurdəsə toponiminin təhrif edilmiş şəkli olub, “qurə”, “də”, “sə” sözlərinin birləşməsindən yaranıb, mənası “guruldayan dərənin başı” deməkdir. Bəzilərinin fikrincə, toponimi Qırdəsə kimi izah etmək olar, “girdə (yumru) baş” mənasındadır” (Talış toponimlərinin qısa izahlı lüğəti. B., 1993, səh. 31).
“Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti” kitabından oxuyuruq: “Oykonim (yunanca “yaşayış məntəqəsi adı” – İ.Ş.) talış dilindəki gird – “yumru”, “dairəvi”, “ə”- birləşdirici sait və sər – “hündür”, “yüksək” sözlərindən ibarətdir – “Dairəvi yüksəklikdəki kənd” (Budaq Budaqov, Nadir Məmmədov. B., 2008, səh. 69).
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” kitabında Kürdəsər toponiminin izahı ilə bağlı digər mülahizələr aşağıdakılardır:“Yerli əhali kəndin adını Qurdəsə kimi tələffüz edir və oykonimi “qurd kəndi” mənasında izah edir. Başqa bir ehtimala görə isə, kəndin adı talış dilindəki kirdə (Azərbaycan dilində girdə, yumru, dəyirmi) və sər (baş) sözlərindən ibarət olub, “dəyirmi başlı” mənasındadır. Kəndin coğrafi mövqeyini əks etdirir (I cild. B., 2007, səh. 422).
Fikrimizcə, Qurdəsə toponimi “qurədisə” sözündən yaranmış və toponim sonradan fonetik cəhətdən Qurdəsə şəklinə düşmüşdür. Talış dilində “qur”- gur, “ə”- birləşdirici sait, “di”- kənd, “sə”- baş, yuxarı deməkdir. Qurədisə/Qurdəsə Azərbaycan dilinə tərcümədə “gurlu kəndin yuxarısı” mənasını verir. Kəndin ərazisində Qurdi (Qurədi) adlı mikrotoponim də vardır.
Qurdəsə ilk əvvəl Qurdəsər kimi rəsmiləşdirilsə də, sonradan Qurdəsər rus dilində Kürdəsər (Кюрдасар) şəklində təhrifə uğramışdır.
Qeyd edək ki, Qurdəsər/Gürdəsər adındakı “sər” komponenti talış dilindəki “sə”- baş, yuxarı sözünün fars variantıdır.
İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun,

Havzava kənd tam orta ümumtəhsil məktəbinin müəllimi,
tədqiqatçı-tarixçi