"2025 İxracatın Ulduzları" mükafatının qalibləri elan edildi
İstanbul Kimyəvi Maddələr və Məhsulları İxracatçıları Birliyi (İKMİB) tərəfindən "2025 İxracatın Ulduzları" mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Belə ki, mükafatın "Mineral Yanacaqlar" kateqoriyası üzrə bu il də SOCAR Türkiyə şirkətlər qrupundan "STAR Rafineri" 1-ci, "SOCAR Petrol Ticarət" isə 2-ci yerə layiq görülüb.
Mükafatlar Türkiyənin ticarət naziri Ömer Bolat tərəfindən SOCAR "Türkiyə Rafineri və Petrokimya" İş bölməsinin ticarət üzrə sədr müavini Ziya Kangarlıya təqdim edilib.
