Aeroportda taksi qiymətləri süni şəkildə artırılır VİDEO
''Aeroportda taksi qiymətləri süni şəkildə artırılıb''.
GunAz.az-ın məlumatına görə, bu barədə Ombudsman aparatı məlumat yayıb.
Məlumatda Heyər Əliyev adına Beynəlxalq Hava Limanındakı taksi tarifləri ilə bağlı aparılan monitorinqin nəticəsi açıqlanıb.
Ombudsman Aparatına mətbuat katibi Araz Əsgərli bildirib ki, tətbiq edilən yeni tarif siyasəti Konstitusiyanın 25-ci və 59 maddələrinin, yəni bərabərlik hüququ və azad sahibkarlıq hüququnun, habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir.
Məsələyə münasibət öyrənmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına müraciət etdik.
Hava limanından "Xəzər Xəbər"ə bildirildi ki, məsələ onların yox, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətindədir. Agentlikdən isə heç bir cavab verilmədi.
Qeyd edək ki, hava limanındakı taksi qiymətləri ictimaiyyətin ciddi narazılığına səbəb olmuşdu. Bir neçə gün əvvəl isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də Aeroportdakı taksi tarifləri ilə bağlı araşdırma başlandığını açıqlamışdı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edib.