Bu gündən Tehrana aviareyslər bərpa olunur
"Azərbaycan Hava Yolları" QSC (AZAL) sentyabrın 6-dan etibarən Bakı-Tehran-Bakı marşrutu üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlayır.
GunAz.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə X-də yazıb.
Diplomat xatırladıb ki, bir neçə il aradan sonra Azərbaycan Prezidentinin tapşırığına müvafiq olaraq sentyabrın 4-ü axşam saatlarında AZAL-ın Bakı-Təbriz-Bakı marşrutu üzrə ilk birbaşa reys baş tutub:
"Bu aviareys ilkin olaraq həftədə iki dəfə həyata keçiriləcək.

Bu gündən isə AZAL-ın Bakı-Tehran-Bakı reysi də bərpa olunacaq".