Şahbuzda elektrik enerjisinin verilişində fasilə olacaq

Şahbuzda elektrik enerjisinin verilişində fasilə olacaq
Bu gün Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda elektrik enerjisinin verilişində fasilə olacaq.
"Report"un yerli bürosunun məlumatına görə, 35 kilovoltluq "Şahbuz" hava elektrik verilişi xəttində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, bu gün saat 16:00-dan 17:00-dək Şahbuz rayonunda və onun dağlıq kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra abonentlər yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
скачать dle 12.1
Geri qayıt