Azərbaycanda qəzalı vəziyyətə düşmüş bu evlər yenidən tikiləcək
Lənkəran rayonunda torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşmüş 2 fərdi yaşayış evi yenidən tikiləcək.GunAz.az bildirir ki, bu barədə İqtisadiyyat.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti tikinti işlərini “Agrega” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.Müqaviləyə əsasən iki evin tikintisinə 184 min manat vəsait sərf olunacaq.
