Bələdiyyə torpaqları ilə bağlı VACİB AÇIQLAMA

Bu fikirləri açıqlamasında hüquqşünas Turan Abdullazadə səsləndirib.

“Qanunun 9.8-ci bəndinə əsasən, əgər torpaq sahəsi açıq torpaq hərracı və ya müsabiqə yolu ilə deyil, istisna hallarda (məsələn, yaşayış məqsədilə) ayrılıbsa, həmin ərazi üzərində mülkiyyət hüququ qazanıldıqdan sonra 5 il müddətində torpaqla bağlı heç bir əməliyyat aparıla bilməz. Yəni vətəndaş bu torpaq sahəsini nə sata, nə bağışlaya, nə də digər hüquqi əməliyyatlar vasitəsilə özgəninkiləşdirə bilər.Eyni zamanda, bələdiyyə torpaqlarının dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi yalnız Azərbaycan Respublikasının beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklər çərçivəsində həyata keçirilir .
Hüquqşünas vətəndaşlara tövsiyə edir ki, bələdiyyə torpağı əldə etməzdən əvvəl onun hansı qaydada ayrıldığını diqqətlə araşdırsınlar və xüsusilə, 5 illik məhdudiyyətlə bağlı hüquqi nəticələri nəzərə alsınlar.