Kərim Vəliyev türkiyəli həmkarı ilə görüşdü
Azərbaycan ordusunun Baş qərargah rəisi Kərim Vəliyev türkiyəli həmkarı Mətin Gürakla görüşüb.GunAz.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi X sosial media hesabında məlumat yayıb.
Məlumata görə, görüş Ankarada baş tutub. Kərim Vəliyevin rəsmi qarşılanma mərasimindən sonra iki qərargah rəisinin görüşü keçirilib.
