Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılır

Bu barədə qurumdan məlumat verilib.
Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 5 daşınar əmlak çıxarılacaq. Bunlar, 2 avadanlıq və 3 nəqliyyat vasitəsidir.
Əmlakların start qiyməti 5 520 – 24 600 manatdır. Bunun 10%-i beh kimi ödənilməlidir.
Sifarişlər iyunun 19-na qədər qəbul olunacaq.