Dövlət hesabına hüquqi yardımın qiyməti 2 dəfəyədək artırıldı

GunAz.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı Qərarla dövlət hesabına ödənilən hüquqi yardım məbləği 11 manat müəyyən edilib.
Göstərilən xidmətə görə tələb olunan məbləğ indiyədək 6 manat idi.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov qərarı vəkillərin zəhmətinin qiymətləndirilməsi və onların sosial təminatının gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirib.
