"Azərbaycan kinosu ortalıqda qalıb"

GunAz.az xəbər verir ki, bu sözləri aktyor Taleh Yüzbəyov "Film aç" podkastında deyib. O, kinonun ərsəyə gəlməsi üçün pul tapmaqda çətinlik çəkdiklərini bildirib:
"İstəyirəm ki, filmə büdcə tapmağın bir forması olsun. Demirəm ki, dövlət versin. Mən heç vaxt filmə görə dövlətdən pul almaq istəməmişəm. Amma necəsə şərait yaratmaq lazımdır ki, "ver, sonra qaytarım". Film dövlətin mədəniyyəti, incəsənətidir. Bu şey bütün dünyada yayılıbsa və hələ də çəkilirsə, demək ki, özünü təsdiqləmiş sahədir".