Bu şəxslər hərbi xidmətə çağırılmayacaq - RƏSMİ

Bəs doktorantlar hərbi xidmətə çağırılacaq?
GunAz.az xəbər verir ki, mövzu ilə bağlı Metbuat.az-a danışan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Pərviz Sədrəddinov bildirib ki, doktorantlar alimlik dərəcəsi aldıqları təqdirdə hərbi xidmətə çağırılmayacaqlar.
“Lakin təhsil aldıqları müddət ərzində müdafiə edə bilməsələr, onlar da hər bir Azərbaycan vətəndaşı kimi hərbi xidmətə cəlb ediləcəklər”, – deyə o əlavə edib.