Kommunal xidmətlərlə bağlı yenilik

GunAz.az xəbər verir ki, yol xəritəsinə görə, cari ilin 1 may tarixinə qədər kommunal qurumlar üzrə vahid abunəçi kodu mexanizmi yaradılması və Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin formalaşdırılması ilə bağlı konseptual sənədin hazırlanması planlaşdırılır.
Məlumata görə, bu ilin 1 dekabr tarixinə qədər, abonentlərin fərdi identifikasiya nömrəsi (FİN) üzrə məlumat bazasının mötəbərliliyinin 90%-ə çatdırılması, eyni zamanda abonentlərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) üzrə məlumat bazasının mötəbərliliyinin 70%-ə yüksəldilməsi və bu istiqamətlərdə görüləcək işlərlə bağlı tədbirlər planının hazırlanması və görülmüş işlərə dair rüblük hesabatın Komissiyaya təqdim olunması nəzərdə tutulur.Qeyd edilib ki, cari ilin 1 dekabr tarixinə qədər, abonent məlumat bazasında ünvan reyestr məlumatlarının tətbiqi üzrə mötəbərliliyin 90%-ə çatdırılması, müxtəlif dövlət və özəl informasiya sistemlərinin dəstəyi ilə kommunal xidmətlər abonent bazasının dürüstləşdirilməsi (ÜRİS, FİN, VÖEN, Kommunal qurumlarının abonent informasiya sistemləri, Kommunal qurumlarının coğrafi informasiya sistemləri) planlaşdırılır.