Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

GunAz.az-ın məlumatına görə, o qeyd edib ki, buna səbəb qondarma rejimin “ixrac” etməyə hüququnun olmaması olub:
“İxrac olunan” növlər çox deyildi. Yalnız bir neçə şirkət idi ki, “ixrac”la məşğul olurdu. Bu şirkətlər Ermənistanda qeydiyyatdan keçirdi, filiallar, qardaş şirkətlər kimi. Çünki sertifikatlaşdırma və digər sənədləşdirmə işləri üçün yeganə yol bu idi. Son mərhələdə bu məhsul Ermənistandan ixrac olunurdu. Yaxud Ermənistanda qeydiyyatdan keçmiş hansısa şirkətə köçürülürdü, həmin şirkət vasitəsilə emal edilirdi”.
Digər təqsirləndirilən şəxs Bako Sahakyan da etiraf edib ki, Azərbaycanın vaxtilə işğal altında olmuş suveren ərazilərində istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb.