Bakının bu küçələrinə giriş ödənişli ola bilər - Ekspert
Paytaxtın əsas mərkəzi küçələri avtomobillər üçün ödənişli edilə bilərmi?
GunAz.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov Globalinfo.az-a açıqlamasında ABŞ və Avropanın bəzi ölkələrində avtomobillərin sayının həddindən artıq çox olduğunu bildirib.
“100 nəfərə təxminən 50 maşın düşür. Həmçinin şəhərlərdə ictimai nəqliyyat vasitələrinin hərəkəti qənaətbəxşdir. Bu səbəbdən həmin ölkələrdə fərdi nəqliyyat vasitələrinin istismarının məhdudlaşdırılması üçün bir sıra addımlar atılır. Şəhər mərkəzinə pullu giriş də bunlardan biridir. Postsovet ölkələrində hələ ki belə təcrübə yoxdur. Düşünürəm ki, perspektivdə ola bilər”, - o deyib.
Ekspertin fikrincə, Bakının mərkəzi küçələrinə girişi ödənişli etmək mümkündür:
“Paytaxtda tıxacların aradan qaldırılması istiqamətində görülən işlər, aparılan tədbirlər effektiv nəticə verməsə, bu haqda düşünmək olar”.
