Temperatur daha 5 dərəcə enəcək - Xəbərdarlıq

GunAz.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi növbəti dəfə xəbərdarlıq edib.
Qarlı, şaxtalı və çovğunlu hava şəraiti ilə bağlı yolların buz bağlayacağını nəzərə alaraq sürücülərin ehtiyatlı və məsuliyyətli olması tövsiyə olunur.
Xoşagəlməz halların baş verməməsi üçün Milli Hidrometeorologiya Xidməti tərəfindən ardıcıl olaraq verilən hava xəbərdarlıqlarına, çağırışlara və tövsiyələrə əməl olunması vacibdir.