Qəzaya uğrayan təyyarə ilə bağlı yekun hesabat…

Qəzaya uğrayan təyyarə ilə bağlı yekun hesabat… Qazaxıstan hakimiyyəti 2025-ci ilin dekabrına qədər Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı yekun hesabatı tamamlamalıdır.
GunAz.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev brifinqdə bildirib.
“ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı – TASS qeydi) tövsiyə olunan təcrübəsinin tələblərinə və standartlarına uyğun olaraq təhqiqat üzrə yekun hesabat bu ilin dekabr ayına qədər tamamlanmalıdır”, – Lastayev Aktau yaxınlığındakı təyyarə qəzasının təhqiqatının müddətinə dair sualı cavablandırarkən deyib.

скачать dle 12.1
Geri qayıt