Azərbaycan internetin sürətinə görə neçəncidir?

GunAz.az “Speedtest”ə istinadən xəbər verir ki, cədvəldə həm mobil, həm də genişzolaqlı internet nəzərə alınıb.
Məlumata görə, Azərbaycan yanvar ayında mobil internetin sürətinə görə (70,65 Mbit/s) 54-cü yerdə qərarlaşıb. Genişzolaqlı internet sürətinə görə isə 90-cı yeri tutub.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri, genişzolaqlı internet sürətinə görə birinci yeri isə Sinqapur tutub.