13 ildən sonra yenidən fəaliyyətə başladı

GunAz.az “TRT Haber”ə istinadən xəbər verir ki, Baş Konsulluqda Türkiyə bayrağı qaldırılıb.
Bildirilib ki, viza və pasport prosedurları Türkiyənin Hələbdəki Baş Konsulluğunda həyata keçiriləcək.
Qeyd edək ki, Baş Konsulluq 2012-ci ilin iyulunda Suriyadakı vətəndaş müharibəsi səbəbindən xidmətlərini dayandırıb.