Bakıda bu marşrut avtobusları yenilənir

GunAz.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, yanvarın 16-dan sərnişinlərin xidmətinə veriləcək 20 ədəd yeni “King Long” markalı ortatutumlu avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
“Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 7-8 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir”, – deyə məlumatda qeyd edilib.