Son 10 ilin ən güclü qarı yağacaq

GunAz.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Belə ki, Vaşinqtonda qarın qalınlığının 15-25 sm olacağı ehtimal edilir.
“Bəzi bölgələr üçün bu, on ildən çox müddətdə ən güclü qar yağışı ola bilər”, – ABŞ Milli Okean və Atmosfer Administrasiyasından (NOAA) bildirilib.
Sinoptiklərin proqnozlarına görə, qar fırtınası zonasında 70 milyondan çox insan olacaq. Küləyin sürətinin 80 km/saat olacağı gözlənilir.
Bundan əvvəl yaxınlaşan qar fırtınası ilə əlaqədar Vaşinqtonda fövqəladə vəziyyət elan edilib. Qar yağması səbəbindən ABŞ-ın 12 ştatında elektrik enerjisinin kəsilməsi gözlənilir. Eyni zamanda, ölkənin cənubunda qar əvəzinə güclü tufan müşahidə olunacaq.