Dekabrda Azərbaycanda 22 dərəcə şaxta qeydə alındı

GunAz.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
O qeyd edib ki, cari il ərzində havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında fevralın 28-də 3.4 dərəcə şaxta qeydə alınıb.
Xidmət rəisi vurğulayıb ki, bölgələr üzrə isə Şahdağda dekabrın 14-ü 22 dərəcə şaxta müşahidə edilib.