Dünya liderləri Sinvarın ölümündən yazdı

GunAz.az xəbər verir ki, hadisə ilə bağlı Qərb dövlətlərinin liderləri və nazirləri Yəhya Sinvarın ölümü ilə bağlı açıqlamalar verib.
Həmin açıqlamaları təqdim edirik:
ABŞ Prezidenti Co Bayden:
"HƏMAS lideri Yəhya Sinvar öldürüldü. Bu, İsrail, ABŞ və dünya üçün yaxşı gündür".
Fransa Prezidenti Emmanuel Makron:
"Oktyabrın 7-də törədilən terror aktlarına və vəhşiliklərə görə məsuliyyət daşıyan əsas şəxs Yəhya Sinvar olub. Bu gün mən qurbanların, o cümlədən 48 soydaşımızın və onların yaxınlarının təəssüratı ilə düşünürəm. Fransa hələ də həbsdə olan bütün girovların azad edilməsini tələb edir".
Almaniyanın xarici işlər naziri Annalena Berbok:
"Sinvar İsraili və onun xalqını məhv etmək istəyən qəddar qatil və terrorçu idi. O, oktyabrın 7-də törədilən terrorun təşkilatçısı kimi minlərlə insana ölüm və bütün regiona ölçüyəgəlməz iztirablar gətirdi".
İtaliyanın xarici işlər naziri Antonio Tajani:
“Görünür, HƏMAS-ın hərbi lideri öldürülüb və mən hesab edirəm ki, bu baxımdan İsrail HƏMAS terrorçularına qarşı özünümüdafiəsini həyata keçirib".
Böyük Britaniyanın müdafiə naziri Con Hili:
"Oktyabrın 7-də törədilən terror aktına görə məsuliyyət daşıyan Sinvar kimi terror liderinin ölümünə yas tutmayacağam”.