Naxçıvanda velosipedlərin hərəkəti üçün keçidlər düzəldilib

Naxçıvanda velosipedlərin hərəkəti üçün keçidlər düzəldilib
Naxçıvan şəhərində velosipedlərin təhlükəsiz və sərbəst hərəkəti üçün xüsusi keçidlər düzəldilib.
"Report"un yerli bürosu xəbər verir ki, "Naxçıvan Abadlıq" MMC tərəfindən davam etdirilən tədbirlər çərçivəsində Naxçıvan şəhərinin Heydər Əliyev prospektində abadlıq işləri görülüb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin qarşısından Əziz Əliyev küçəsi ilə kəsişən yoladək məsafədə həyata keçirilən abadlıq tədbirləri zamanı piyada səkiləri təmir olunub, velosipedçilərin rahat hərəkəti üçün xüsusi keçidlər təşkil edilib.
скачать dle 12.1
Geri qayıt