Şimali Kiprdə Ərdoğanı kövrəldən hədiyyə

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Əməliyyatının 50-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak məqsədilə Şimali Kipr Türk Cümhuriyyətində səfərdədir.
GunAz.az xəbər verir ki, keçirilən mərasimlərin birində Ərdoğana verilən hədiyyə onu kövrəldib.
Sözügedən hədiyyədə Ərdoğanın və anasının yer aldığı tablo olub.
Bildirilib ki, tablo 380 mismar və 7300 metr məftildən istifadə edilərək hazırlanıb. Rəsmin hazırlanmasında karandaş və ya boya kimi başqa materiallardan istifadə edilməyib.