Çin vətəndaşları 1 il ərzində 3 dəfə Azərbaycana vizasız səfər edə biləcəklər

GunAz.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən şəxslər Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olduqda Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
Müvafiq dövr ərzində 3 dəfədən çox Azərbaycana səyahət etmək və ya ölkədə 30 gündən artıq müddətə qalmaq istəyən Çin vətəndaşları qanunvericiliyin tələblərinə uyğun qaydada viza əldə etdikdən sonra ölkəyə gələ bilərlər.