Pakistanda terror oldu: Ölən və yaralanan hərbçilər var

GunAz.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bomba yerləşdirilmiş avtomobildə kamikadze və bir qrup silahlı ekstremist, o cümlədən kamikadze hərbçilərin qaldığı əraziyə daxil olub. Partlayıcı maddə olan avtomobilin güclü partlaması kazarmaları və mülki vətəndaşların evlərini dağıdıb. Terrorçularla döyüşdə azı səkkiz hərbçi həlak olub, 12-si yaralanıb. Hadisə yerində antiterror əməliyyatı davam edir.