“Dumanda uçuş”: Helikopter qəzasının bilinməyən tərəfi göstəriləcək

“Dumanda uçuş”: Helikopter qəzasının bilinməyən tərəfi göstəriləcək İranda “Dumanda uçuş” sənədli filmi çəkilib.
GunAz.az xəbər verir ki, bu barədə ölkənin mədəniyyət naziri Məhəmməd Mehdi Esmaili X platformasında məlumat yayıb.
Sənədli film İranın mərhum prezidenti İbrahim Rəisi və digər rəsmi şəxslərin mayın 19-da helikopter qəzasında həlak olmasına həsr olunub.
“Allahın İbrahimi dağların arasından bizə qaytarmasını gözləyirik” ölkənin siyasi tarixinin dəyişməsinə başlayan o uzun və kədərli gecənin sözləridir… O, tezliklə ölkə mediasında yayımlanacaq və o kədərli gecənin danışılmamış hekayətini əks etdirir”, – deyə nazir qeyd edib.

скачать dle 12.1
Geri qayıt