Məhv edilmiş İŞİD liderinin arvadına ölüm hökmü çıxarıldı

Məhv edilmiş İŞİD liderinin arvadına ölüm hökmü çıxarıldı İraq məhkəməsi öldürülən İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin həyat yoldaşı barədə ölüm hökmü çıxarıb.
GunAz.az xəbər verir ki, bu barədə İraqın paytaxtı Bağdadda yerləşən məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, məhkəmə Əbu Bəkr əl-Bağdadinin həyat yoldaşı Esma Məhəmmədinin İŞİD-lə əməkdaşlıq etdiyinin, həbs edilən yezidi qadınları öz evində saxladığının, sonra isə onların İŞİD yaraqlıları tərəfindən qaçırılmasına kömək etdiyinin sübuta yetirdiyini bildirib.

скачать dle 12.1
Geri qayıt