“Addım atmaq vaxtıdır” - Zelenskidən NATO-ya çağırış

GunAz.az “Kommersant”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonda NATO sammitinin açılışı mərasimində deyib.
Onun sözlərinə görə, tərəfdaşlar ABŞ-də prezident seçkilərinin keçiriləcəyi noyabrı gözləmədən, indi yardımların həcmini artırmalıdırlar: “Kölgədən çıxmaq, güclü qərarlar vermək, addım atmaq, noyabrı və yaxud istənilən digər ayı gözləməmək vaxtı çatıb. Bunun üçün biz güclü olmalı və güzəştə getməməliyik. Hamımız birlikdə”.