Rəsmi Tehran seçkilərlə bağlı müəmmaya belə cavab verdi

GunAz.az xəbər verir ki, ABŞ-nin İran üzrə xüsusi nümayəndəsinin müavini Abram Paley seçkilərin nəticələrinin İran rejiminə təsir etməyəcəyini və seçki şəffaflığının sual altında olduğunu deyib.
Buna cavab olaraq, İran XİN-in sözçüsü Nasir Kənani ABŞ-nin ölkənin daxili işlərinə müdaxilə etdiyini deyib və bu təşəbbüsü pisləyib:
“Bu bəyanatlar mübaliğə və daxili işlərimizə açıq-aşkar müdaxilədir. Biz bunu pisləyirik”.
O əlavə edib ki, İran xalqı bu cür müdaxilə xarakterli bəyanatlara prezident seçkilərində yüksək fəallıq göstərməklə cavab verəcək.