SON DƏQİQƏ
» » Cavad Zərifin Süleymani Moskva ilə işləyib iddiası - İrandan AÇIQLAMA

Cavad Zərifin Süleymani Moskva ilə işləyib iddiası - İrandan AÇIQLAMA

Tarix:

27-04-2021, 15:24

/ 3 830 dəfə oxundu.
Cavad Zərifin Süleymani Moskva ilə işləyib iddiası - İrandan AÇIQLAMA

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə sözügedən qurumun rəhbəri Məhəmməd Cavad Zərifin Rusiya ilə nüvə müqaviləsi ilə bağlı danışıqlar, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymani haqda səsləndirdiyi iddialara cavab verib.

GünAz.az xəbər verir ki, Xatibzadə nazirin çıxışına tam şəkildə baxılmasının vacib olduğunu bildirib.

 

"Bu söhbətin yayımlanması nəzərdə tutulmayıb. İnformasiya məkanında kim tərəfindən və hansı məqsədlə yayımlandığı məlum deyil”, – XİN sözçüsü qeyd edib.

O, eyni zamanda, Zərifin general Süleymani haqda hörmətlə danışdığını iddia edib.

Qeyd edək ki, Zərifin ictimaiyyət üçün açıqlanmayan çıxışı "Nyu-York Tayms” qəzeti tərəfindən yayımlanıb. Onun sözlərinə görə, Süleymani Rusiya təyyarələrinə Suriyanı bombalamaq üçün İran üzərindən uçmasına icazə verib və bundan İran hökumətinin xəbəri olmayıb.

Bundan əlavə, Zərif generalın İranın nüvə proqramı ilə bağlı müqaviləni ləğv etmək üçün Moskva ilə işlədiyi barədə fikir söyləyib. Onun sözlərinə görə, Rusiya razılaşmanın yerinə yetirilməsini istəmir və maneələr yaratmaq üçün hər cür səy göstərir./teleqraf/

скачать dle 12.1

Şərhlər