SON DƏQİQƏ
» » “Park City” tikinti şirkətindən RAMAZAN PAYI-FOTO

“Park City” tikinti şirkətindən RAMAZAN PAYI-FOTO

Tarix:

4-05-2020, 16:03

/ 1 335 dəfə oxundu.
“Park City” tikinti şirkətindən RAMAZAN PAYI-FOTO

Məlumdur ki, ötən ilin sonlarından dünyanı ağuşuna almış Covid-19 pandemiyası ölkəmizdən də yan ötməyib.
Ölkə rəhbərinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışına əsasən bu istiqamətdə görülən tədbirlər davam etdirilir. Karantin rejimi ilə əlaqədar sosial müdafiəyə və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə yardım edilir, ehtiyacları qarşılanır.
GunAz.az bildirir ki, "Park City” tikinti şirkətinin rəhbərliyinin təşəbbüsü ilə mövcüd vəziyyət və Ramazan ayı ilə əlaqədar Neftçilər, Masazır, Xırdalan,Nərimanov daxil olmaqla, Bakı və Abşeronun rayon, qəsəbə və kənlərində, eləcə də İmişli, Saatlı rayonlarında 350-ə yaxın aztəminatlı ailəyə, yaşlı və tənha insanlara ərzaq və gündəlik istifadə üçün lazım olan məhsullardan ibarət bağlamalar yardım edilib.

 

 

 

 

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ