Poeziya və muğamı birləşdirən adam

Poeziya və muğamı birləşdirən adam
Aprelin 21-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 24 nömrəli onbirillik musiqi məktəbində "Hacıbaba Hüseynov ömrü” adlı ədəbi-bədii muğam məclisi keçiriləcək.
Baş idarədən Teleqraf.com-a bildirilib ki, tədbir Xalq Artisti, xanəndə Hacıbaba Hüseynovun xatirəsinə həsr olunacaq.
H.Hüseynovun zəhmətsevərliyi və sənət axtarışları nəticəsində nail olduğu ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma bacarığı muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək qiymətləndirilib. O, uzun illər muğamatdan dərs deyərək xanəndələr yetişdirib. H.Hüseynovun yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olub və muğam ifaçılığında geniş yayılıb.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt