Şuşada Vaqif Poeziya Günləri start götürüb
İyulun 17-də Şuşa şəhərində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə növbəti Vaqif Poeziya Günləri start götürüb.
GunAz.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Sözün hekayəsi" şüarı ilə reallaşan tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət naziri Adil Kərimli, tanınmış elm və mədəniyyət xadimləri iştirak edirlər.
