Tarixi binanın üstündə restoran açılıb?
Sosial mediada 130 illik tarixi binanın üstündə restoran açılması haqqında məlumat yayılıb.
GunAz.az xəbər verir ki, bu barədə ictimai fəal Zamiq Məmmədli “Facebook” hesabında paylaşım edib.Onun sözlərinə görə üzərində restoran yerləşən tikili Hacı Zeynalabdin Tağıyevin tikdiyi su anbarıdır:
“Həmin su anbarı yeraltı sütunlarla möhkəmlənmiş, XX əsrin əvvələrində Bakının su ehtiyatını təmin etmək üçün, o vaxtlar çölün ortasında minbir əziyyətlə inşa olunub. Bu anbarın bir başı da (tunel kimidir) parkın digər ucundadır.
Başa düşürəm, kababxana, yeməkxana, qidalanma, restoran, kafe, qarın-gödən, mədə, tıxıb boğmalanma sevən adamlarsız, amma bu tarixi incinin üstündə yox da! Yer qəhətdir sizə? Anbarın üstü kabaxanalarla doludur, heç olmasa bu hissələrini qoruyun!
Əvvəl restoran yox idi, dəfələrlə gəzimişəm bu ərazini… Bu haqda Çexiyalı dostlarıma danışanda heyrətlə dinləyirdilər. Görmək istiyirlər bu yeri. 5-6 gün sonra Bakıya gələcəklər, mən necə aparım onları bura? Siz mağarada böyümüsüz? Vallah neandertallar belə vəhşilik etməzdilər. Bu qədər aqrar olmayın da!”
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən GunAz.az-ın sorğusuna cavab olaraq bildirildi ki, həmin tikili tarixi abidə deyil.
