Yunus Oğuz Özbəkistanda keçiriləcək "Mədəniyyət və incəsənət sahəsində islahatlar” Beynəlxalq Forumunda iştirak edəcək

Daha sonra dəvətdə tarixi romanlar müəllifi Yunus Oğuzun forumda iştirakının müzakirələrə zənginlik qatacağı və mədəni mübadilə və əməkdaşlığın gücləndirilməsinə dəyərli töhfə verəcəyi qeyd olunub.
Forumda ölkənin mədəniyyət naziri O.Nazarbəyovun "Özbəkistanda mədəniyyət və incəsənət sahəsində həyata keçirilən islahatlar" mövzusunda təqdimatı, həmçinin "Qeyri-maddi mədəni irsin qorunmasına müasir yanaşmalar" mövzusunda çıxışlar olacaq.Mərasimdə beynəlxalq ekspertlərin çıxışları, mədəniyyət və incəsənət sahəsində ən yaxşı təcrübələrin müzakirəsi nəzərdə tutulub.Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova,TÜRKSOY-un baş katibi Sultanbay Rayev də tədbirdə məruzə edəcəklər. Mədəniyyət naziri O.Nazarbəyovun xarici qonaqlarla görüşü də proqrama daxil edilib. Qeyd edək ki, Beynəlxalq Forum ölkənin Mədəniyyət Nazirliyi tərəfindən "BEYNƏLXALQ MƏDƏNİ İRS HƏFTƏLƏRİ" çərçivəsində təşkil olunub.