Tamaşasına biletlər bir günə bitir

Xəbər verdiyimiz kimi, Xalq artisti Mehriban Zəki uzun fasilədən sonra bu mövsüm Akademik Milli Dram Teatrında səhnəyə çıxıb.
GunAz.az-ın məlumatına görə, aktrisa uzun müddətdir "Sənsiz" tamaşası ilə tamaşaçıların qarşısına çıxır.
M.Zəki tamaşaya biletlərin hər dəfə sürətlə tükəndiyini paylaşıb. Belə ki, aktrisa biletlərin sadəcə bir gün satışda qaldığını vurğulayıb. O, növbəti tamaşanın biletlərinin də artıq satışda qalmadığını yazıb.
Qeyd edək ki, Şıxəli Qurbanovun eyniadlı dramı əsasında hazırlanan “Sənsiz” tamaşasında M.Zəki ilə yanaşı Əməkdar artist Fizuli Hüseynov da rol alır.