SON DƏQİQƏ
» » Azərbaycan Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü qeyd edilib

Azərbaycan Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü qeyd edilib

Tarix:

27-03-2024, 11:00

/ 3 756 dəfə oxundu.
Azərbaycan Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü qeyd edilib

27 mart 2024-cü il tarixində Azərbaycan Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü qeyd edilib. Görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri və sənətsevərlərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə İttifaqın məsul katibi Aida Qafarova açıb.

GunAz.az xəbər verir ki, Aida Qafarova Beynəlxalq Teatr Gününün təsis olunma tarixindən danışıb, teatırı sevən hər kəsi bayram münasibəti ilə təbrik edib. Azerbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri ittifaqının təşkilatçılığı ilə həyata keçirilən "QONAQ TEATR" lahiyəsi çərçivəsində Bakıya dəvət olunan Qusar Dövlat Ləzgi Dram Teatrı ilə bu əlamətdar günü qeyd etməkdən məmnunluğunu bildirən A.Qafarova daha sonra tamaşaçıları teatrın təqdim etdiyi "Adat" (Turqut Ozakman) tamaşasına baxmağa dəvət edib.

Alqışlarla qarşılanan tamaşadan sonra teatrın direktoru, əməkdar mədəniyyət işçisi Faiq Qardaşov və tamaşanın rejissor, əməkdar artist Xəzər Gəncəli İttifaqın Fəxri fərmanı ilə təltif olunublar.







скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ