Elman Rüstəmov təltif olundu
Prezident İlham Əliyev E.S.Rüstəmovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə Elman Sirac oğlu Rüstəmov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”, - deyə sərəncamda bildirilib.