Azərbaycan buna görə Əfqanıstana başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstana başsağlığı verib.
Bu barədə Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində paylaşım edilib.
"Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ nəticəsində insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik”, - XİN bildirib.