Ağdamda ermənilərə məxsus tankəleyhinə minalar aşkarlanıb

Ağdamda ermənilərə məxsus tankəleyhinə minalar aşkarlanıb

Aprelin 5-də Ağdam şəhərində işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işini yerinə yetirən hərbi istehkamçılar qrupu tərəfindən minalanmış yeni ərazi müəyyən edilib.

 

Ağdam sənaye parkının ərazisi minalardan və partlamamış sursatlardan təmizlənərkən təqribən 30 il əvvəl basdırılmış tank əleyhinə minalar və maneələr tapılıb.

Müdafiə Nazirliyinin hərbi istehkamçıları tərəfindən ərazilərin minalardan təmizlənməsi işləri davam etdirilir.

скачать dle 12.1
Geri qayıt