Bakıdan İstanbula olan aviareys ləğv olundu

Bakıdan İstanbula olan aviareys ləğv olundu

Türk Hava Yolları (THY) şirkəti bu gün Bakıdan İstanbula və əks istiqamətdə həyata keçirməyi planlaşdırdığı aviareysləri ləğv edib.

Bu barədə aviaşirkət satış agentlərinə və sərnişinlərə müraciət ünvanlayıb.

"İstanbulda gözlənilən güclü qar yağışı səbəbi ilə bu günə nəzərdə tutulan İstanbul TK332, Bakı TK333 reyslərimiz ləğv olunub. Qaydalara əsasən, biletləri dəyişə və yaxud qaytara bilərsiniz”, - müraciətdə bildirilib.

скачать dle 12.1
Geri qayıt