Rusiyalı milyarder Xocalıda çörək sexi tikib-ERMƏNİ HƏYASIZLIĞI

Ermənis əsilli Rusiya milyarderi Ruben Vardanyan Laçın dəhlizindən keçərək, Azərbaycan Respublikasının rəsmən sülhməramlı adlanan Rusiya hərbi kontingentinin nəzarətində olan torpaqlarına gəlib.
GunAz.az xəbər verir ki, bu barədə R.Vardanyan özü sosial şəbəkədə paylaşım edib.
İnformasiyadan bəlli olur ki, Rusiya oliqarxının maliyyəsi hesabına Xocalı rayonunun Xanyurdu (ermənilər Lernavan, yaxud Xanazax adlandırır) kəndindəki ermənilər üçün yeni çörək sexi istifadəyə verilib.
Vardanyan səhifəsində millətçi və qızışdırıcı çağırışlar da edib.
Qeyd edək ki, Xanyurdu Azərbaycan Respublikasının Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsində kənddir.
Kəndin adı 29 dekabr 1992-ci ilə qədər "Xanazax" olmuşdur. Ermənilər tərəfindən həm də "Lernavan" adlandırılır.
1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanyurdu kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir...Moderator.az