Tərtər faciəsi
Çox yüksək rütbəli bir neçə zabit,
Birləşib, dilləşib qurğu qurdular,
Əsgər ləyaqətin gizli alcadıb,
Döyüb üzlərinə necə durdular?
Şeytanlar , iblislər yaman çoxalıb,
Məzlumu, fağırı heçə sayırlar.
Əsgərə ,zabitə işgəncə verib,
Dərisin, dırnağın necə soyurlar?
Tərtər faciəsi gizli qalıbdır,
Kimlər törədibdi belə müsibət,
İnsan sifətinə maska taxaraq,
Dondan dona düşüb gör necə sifət?
Şərləyib,əsgərdən pul alan kəslər,
Ən alçaq işlərə əl də atıblar,
Rəhbərə yalandan məlumat verib,
Vətənə xəyanət damğa atıblar.
insan göz tikərmi özgə malına?
Satqın gizlənibdi öz içinizdə
Pozğunun qarşısı dərhal alına ,
Axtaraq düşməni öz içimizdə.
Xalqı pozğunluğa urcah edənlər,
Qanun qarşısında cavab verəcək
Nahaq, fitnə , böhtan , qan törədənlər ,
Allahın zülmünü bir vaxt görəcək.
İnsan cəlladından özünü gözlə,
Hansı zəmanəyə gəlib çıxmışıq ,
Dürüst ol ,hər işdə abrını gizlə
Susub evimizi nədən yıxmışıq?
Dövlət gərək verə siyasi qiymət,
Hər həbsə atılan əsgər, zabitə,
Bəs etməz Rəbbimin verdiyi nemət,
Rauf biət etməz, hər uca bütə.
Rauf İLYASOGLU