Cəhənnəmin TIXACI

Cəhənnəmin TIXACI
 Rauf İlyasiğlu
Kommunal xərcləri ödəyə bilməyən və pensiyası bir həftəyə belə çatmayan kişi  arvadının: "get bazarlıq elə də: -deyən acıqlı ,  tənəli sözündən bezərək küçəyə çıxır. Novruz bayramında avtobuslar işləmədiyi üçün qarşıdan gələn  taksiyə  tərəf baxır. Gozləri dörd olmuş sürücü   dərhal avtomobili  saxlayaraq  alıcı quş təki şığıyaraq soruşur: 
- Ağsaqqal! Hara aparım?
-:Cəhənnəmə.
-:Yox, ay dayı, cəhənnəmin yolunu acgöz məmurlar , nazirlər elə kəsiblər ki, o yol  çox tixacdır. Gəl səni cənnət yoluyla aparım.
Həyatından bezmiş kişi deyir;
- Yox, ay bala, cənnəti də pis günə qoyublar , orda da  yaman aclıqdır.
Camaat kərə yağı adıyla palma yeyir, Cənnətdəkiilərin   mədələri xəstə düşüb.
Onda gedəsi olmadım . Get bala, sür get,
- deyən kişi kor- peşiman geri qayıtmaq haqda fikirləşir.

скачать dle 12.1
Geri qayıt