Partiyalar Xocalı soyqırımı haqda dünyaya BƏYANAT YAYDILAR

Milli Dirçəliş Hərəkatı partiyasının BƏYANATI
Azərbaycandakı bütün beynəlxalq təşkilatlar və səfirliklərə!
Erməmistanın silahsizlaşdırılması siyasətini həyata keçirməlidir .
Bəşəriyyətə qarşı törədilən cinayətlər cəzasız qaldıqca ,yeni və daha ağır bəşəri təhdiddlər ortaya şıxır.26 fevral tarixi Ermənistanın Xocalıda Azərbaycanlılara qarşı törətdiyi soyqırımının ildönümüdür.
Ermənistanın Xocalıda Azərbaycanlılara qarşı törətdiyi soyqırım dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən layiqli cavablandırılmadığından ən pis pressedent oldu. Dünyanın müxtəlif yerlərində Ermənistan kimi faşist rejimlər ruhlandı.
Ermənistan özü isə 2020-ci ildə Azərrbaycan öz ərazilərini Ermənistanın işğalçı ordularından təmizləyərkən Azərbaycanın mülki əhalisinə qarşı yenidən soyqırım etdi.Məlumunuz olduğu kimi Azərbaycan BMT-nin Azərbaycan ərazilərinin işğaldan azad olunması üçün qəbul etdiyi, amma 27 il ərzində yerinə yetirilmədiyi 4 qətnaməsini 2020-ci ildə icra etdi.Sülhə məcburetmə əməliyatları zanmanı Azərbaycan ordusu yalnız Ermənistanın ölkəmizdə olan işğalçı hərbi hissələrinə zərbə endirdi.Amma Ermənistan tərəfi Azərbaycan ordusu qarşısında aciz qaldığından mülki əhalini yenə də hədəf götürdü. Bərdə,Tərtər,Ağcabədi və bir çox digər Azərbaycan kənd və şəhərləri agır artilleriya və raket atəşinə tutuldu.Döyüş bölgəsindən xeyli aralıda olan Gəncə şəhərinə ballastik raket atıldı.Yüzlərlə mülki şəxs ,üşaq və qocalar da daxil olmaqla həlak oldu.Şuşa şəhərinə "İsgəndər” raketinin atılması Ermənistan rəsmiləri tərəfindən bu yaxınlarda Ermənistan mətbuatında rəsmən etiraf olundu.
Bu o deməkdir ki,soyqırım siyasəti Ermənistanın rəsmi dövlət siyasətidir. Xocalı soyqırımının birbaşa iştirakçısı olan Ermənistanın keçmiş prezidenti Sarkisyan sonralar ən yüksək beynəlxalq trubinalarda və xarici mətbuatda deyirdi:”Biz Xocalıda dinc mülki əhalini qırana qədər Azərbaycan tərəfi bizim mülki əhaliyə toxunmayacağımızı düşünürdü.Biz bu sterotipi qırdıq”.
Ağır bəşəri cinayətlərini rəsmən , açıq etiraf edən Sarkisyan və onun kimilər Beynəlxalq məhkəmələrdə çoxdan ən ağır formada cəzalandırıilmalı idilər. Lakin cəzasızlıqdan məmnun, bu zehniyyəti daşıyan Sarkisyan,Köcəryan kimi soyqırım törədən canilər yenidən Ermənistanda hakimiyyətə gəlmək iddiasındadırlar.
Hesab edirəm ki,özünü mədəni və ədalətli sayan,terror və soyqırıma yox deyən mill dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanın davranışlarına adekvat münasibət göstərməlidirlər.
Baş vermişlərə qınaq və təəssüf bildirmək pis ənənənin qarşısını ala bilməz.Azərbaycanın 20% əraziləri 30 il Ermənistan işğalında qaldı.Bu ərazilərdə 1000- lərlə kənd,şəhər tamamilə yerlə yeksan edilib. Ölkəmizdə olan səfirlik və beynəlxalq təşkilat nümayəndələri bunları yerindəcə müşahidə ediblər.
Ermənistanda bu gün də revanşist façist çağırışlar eşidilir,yeni təhdidlər edilir.Bu isə bölgədə yeni destabilizasiya üçün zəmin yaradır. Bütün bunları nəzərə alaraq milli dövlətlər və beynəlxalq təşkilatlar
-Xocalı soyqırımını rəsmən tanımalı;
-Xocalı soyqırımında iştirakı olanların beynəlxalq məhkəmələrdə cəzalandırılmasına yardımçı olmalı;
-Ermənistanın Azərbaycan ərazilərində işğal nəticəsində törətdiyi dağıntı və talana görə təzminat ödəməsini təmin etmək üçün müvafiq prosedurların həyata keçirilməsinə dəstək verməli;
-Erməmistanın silahsizlaşdırılması siyasətini həyata keçirməlidir .
Çağırışım bütün bəşəriyyəti ailə ,yer kürəsini hamımızın evi kimi görə bilən və bu evdə ailə düzəninin pozulmasına qarşı barışmaz mövqedə olanlaradır.
Milli Dirçəliş Hərəkatı partiyasının sədri, istiqlalçı millət vəkili Fərəc Quliyev.
Azərbaycan Sosial Rifah Partiyası Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar BƏYANATI.
Partiyadan mətbuata verilən açıqlamada bildirilib ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən XX əsrin ən böyük bəşəri cinayətlərindən sayılan Xocalı soyqırımı törədilib.
"29 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı mühasirədə olan şəhərin dinc əhalisi üzərinə ağır hərbi texnika yeridilərək yerli əhali xüsusi qəddarlıqla qətlə yetirilib. Yandırılan şəhərdən xilas olmaq istəyən insanlara aman verilməyib, dinc sakinlər yollarda, meşələrdə pusqu qurularaq xüsusi amansızlıqla qətlə yetiriliblər. İnsanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən olan Xocalı Soyqırımı insan hüquq və azadlıqları konvensiyalarının, beynəlxalq hüququn kobudcasına pozulmasıdır. Bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. İnsanlıq adına qanlı bir ləkə olan bu cür qətliamların təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurası, ATƏT və İslam Əməkdaşlıq Təşkilatının qərarları çərçivəsində Xocalı soyqırımına layiq olduğu diqqəti verməsi və lazımi reaksiya göstərməsinin vacib olduğunu bir daha vurğulayırıq. Bu haqlı davada həmrəyliyimizi ifadə edirərək, Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslərin beynəlxalq məhkəmə qarşısına çıxarılmasına çağırırıq.
Vurğulamaq istəyirik ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Xocalıda baş verən qətliamın dünya miqyasında soyqırımı kimi tanıdılması istiqamətində mühüm işlər görülur.Bu uğurlu fəaliyyət nəticəsidir ki, dünyanın bir çox dövlətləri, o cümlədən ABŞ-ın bir sıra ştatları bu soyqrımını tanyıb və ya onunla bağlı qətnamə qəbul edib. Eləcə də Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban xanım Əliyevanın bu yöndə fəaliyyəti xüsusi vurğulanmalıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan
"Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il dünyanın bir çox dövlətlərində anım tədbirləri keçirilir, insanlığa qarşı olan bu qətliam beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır".
Bəyanatda bildirilir ki, Ermənistan tərəfindən insanlıq əleyhinə törədilmiş bu dəhşətli cinayət 1949-cu il Cenevrə Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır və dünya birliyi bu ədalətsizliyə göz yummamalıdır. Hər bir beynəlxalq təşkilat Xocalı soyqrımını Xolokost, Lidiçe, Srebrenitsa qətliamları kimi tanımalı və onun günahkarlarının ədalət mühakiməsi qarşısında məsuliyyət daşımasını təmin etməlidir. Xüsusi qeyd etmək lazımdır ki, 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən 44 günlük Vətən müharibəsində əlddə etdiyimiz möhtəşəm zəfər ölkəmizin ərazi bütövlüuyünü təmin edib. Bununla belə, Azərbaycan ictimaiyyəti heç bir zaman Xocalı faciəsini unutmayacaq, bu soyqırımının dünyada tanınması üçün səfərbər olacaq. Cinayəti törətmiş şəxslərin beynəlcxalq ədalət mühakiməsinə çağırılmaması isə bu məsələyə beynəlxalq aləmin ikildi standartlardan yanaşmasının göstəricisidir. Dünya ictimaiyyəti anlamalıdır ki, Xocalı soyqırımına adekvat reaksiya verməməklə, yeni soyqrımlara imza atmış olacaqlar.
Partiyanın verdiyi məlumata görə, bəyanat 15 dən çox beynəlxalq təşkilatalara ünvanlanmışdır.

Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova
Milli Həmrəylik Partiyasının BƏYANATI
Bu gün tarixin və insanlığın ən dəhşətli faciələrindən biri sayılan Xocalı soyqırımının 29-cu ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri 366-cı rus-sovet motoatıcı alayının hərbçilərinin köməyilə Avropanın bir hissəsi olan Azərbaycan ərazisində - Xocalı şəhərində kütləvi qırğın, qanlı soyqırımı törədiblər. Həmin gecə Xocalıda ümumbəşəri dəyərlər, Avropa dəyərləri, insan hüquqları kobudcasına tapdalanıb, ayaqlar altına atılıb.
Diqqət edin, Xocalı şəhərinin sakinləri müharibə iştirakçıları deyildi və bu soyqırımı iki tərəfin hərbi əməliyyatı zamanında hərbçilərə qarşı törədilməyib. Bu vəhşilik məhz dinc insanlara, mülki əhaliyə qarşı törədilib. Xocalılar əvvəlcədən düşünülmüş və planlaşdırılmış etnik təmizləmə aktının nəticəsində qətlə yetirilib. İnsanlarımız xüsusi vəhşiliklə öldürülüb, onların meyitləri təhqirə məruz qalıb, tanınmaz hala salınıb. Bu dəhşətli cinayət Ermənistan Respublikasının o vaxtkı siyasi rəhbərliyi , millətçi ziyalıları, səhra komandirləri, müharibə caniləri tərəfindən təşkil edilib. Xocalının köməksiz, əliyalın dinc sakinlərinin üzərinə ağır hərbi texnika yeridilib. Yandırılan və talan edilən şəhərdən qaçıb xilas olmaq istəyən xocalılara aman verilməyib. Bir çox sakinlər yollarda, meşələrdə pusqu qurularaq ermənilər tərəfindən xüsusi amansızlıqla öldürülüb.
Beləliklə, bu dəhşətli qırğının nəticəsində Xocalı sakinlərindən 613 nəfəri qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. 487 nəfər dinc sakin ağır yaralanıb, 1 275 nəfər isə girov götürülüb. Həmin girov götürülən şəxslərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi indiyə qədər hələ də məlum deyil. Erməni canilər bu soyqırımı zamanı sanki insan vəhşiliyinin ən qəddar növlərini sınamaq niyyəti ilə 56 nəfər vətəndaşımızı xüsusi qəddarlıqla öldürüblər. Belə ki, o insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb. Eləcə də hamilə qadınların qarnı süngü ilə deşilib, döşləri kəsilib. Ümumən bu soyqırımının nəticəsində səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq isə valideynlərindən birindən məhrum olub.
Bununla da, 30 ilə yaxın dönəmdə Azərbaycana qarşı işğalçı və təcavüzkar mövqe tutan, dinc azərbaycanlılara qarşı etnik təmizləmə və terror siyasəti aparan, 1 milyona yaxın azərbaycanlının doğma torpaqlarından didərgin salınmasına bais olan, Ağdam şəhərini "Qafqazın Xirosiması"na çevirən faşist və vandal Ermənistan dövləti Xocalı faciəsinə imza atmaqla tarixi yaddaşlara həkk olunmuş Katın, Liditsa, Oradur, Holokost, Sonomi, Ruanda, Srebrenitsa kimi dəhşətli faciələrin, soyqırımlarının siyahısını genişləndirmiş oldu. Bəli, bu kütləvi qətliam beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də təməl insan hüquqlarının kobudcasına pozulmasıdır. Xocalıda mülki əhaliyə qarşı törədilmiş qırğında soyqırım cinayətinin elementlərinin mövcudluğu müəyyən edilib.
Ən pisi isə budur ki, bu soyqırımının törədilməsində əli olan və bunu etiraf edən şəxslərin (o cümlədən Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan, Serj Sarkisyan, qatı millətçi yazıçı Zori Balayan, qatil generallar Seyran Ohanyan, Samvel Babayan, Vitali Balasanyan və b.) heç biri hələ də cinayət məsuliyyətinə cəlb edilməyib, ədalət məhkəməsi qarşısına çıxarılmayıb. Bütün dünyanın gözü qarşısında baş verən bu soyqırımını törədənlərin məsuliyyətə cəlb olunmaması gələcəkdə növbəti kütləvi qırğınlar üçün də münbit zəmin yaradıb. Təcavüzkarlığın cəzalandırılmadığını görən Ermənistan işğal siyasətini davam etdirməyə şirniklənib və torpaqlarımızı tam 30 il ərzində işğal altında saxlayıb. Təcavüzkar cəzasız qalanda isə nəticəsi həmişə ağır olur.
Amma ermənilərin bu təcavüzkarlığı dünya dövlətlərinin, beynəlxalq təşkilatların gözü qarşısında baş verdiyi üçün dünya liderləri dərk etməliydilər ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bütün insanlığa qarşı törədilmiş cinayətdir. Və onlar bilməliydilər ki, bu gün dünyanın bir nöqtəsində (Xocalıda) qan tökən erməni faşizmi sabah isə dünyanın başqa guşələrində və başqa formalarda üzə çıxa, növbəti kütləvi qırğınların törədilməsinə səbəb ola bilər. Lakin təəssüf ki, həmin vaxt dünyanı idarə edənlər liderlər, sülh və əminamanlıq üçün məsuliyyət daşıyan təşkilatlar bu incə həqiqəti başa düşə bilmədilər, yadaki sadəcə başa düşmək istəmədilər. Alman faşizmini cəzalandırmaq üçün Nürnberq məhkəməsini quran dünya ictimaiyyəti erməni faşizminə qarşı yumşaq davrandı, onu cəzasız buraxdı. Ona görə də, soyqırımın törədilməsindən 29 il keçməsinə baxmayaraq beynəlxalq ictimaiyyət tərəfindən bu soyqırımı aktına hələ də lazımi siyasi və hüquqi qiymət verilməyib, cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyib.
Məhz bu cəzasızlığın nəticəsidir ki, təcavüzkar Ermənistan 2020-ci ilin iyulunda və sentyabr ayının sonlarında atəşkəsi yenidən pozaraq, Azərbaycan ordusunun mövqelərini və mülki yaşayış məntəqələrini beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutdu, 44 gün davam edən İkinci Qarabağ müharibəsinin başlanmasına səbəb oldu, dinc şəhərlərimiz bombalandı. Bunun nəticəsində 12-si uşaq olmaqla, 94 nəfər mülki azərbaycanlı həlak oldu, 50-si uşaq olmaqla, 414 nəfər yaralandı, 3 410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası da daxil olmaqla 512 mülki infrastruktur dağıdıldı. Bəli, bütün bunların baiskarı 29-30 ildir cəzasız qalan faşist Ermənistan dövlətidir.
Biz dünyanın erməni faşizminə susqun yanaşmasının, erməni faşistlərinin cəzalandırılması üçün dərhal hərəkətə keçməməsinin səbəblərini heç cürə başa düşə bilmirik. Biz dünya ictimaiyyətinin Xocalı soyqırımına bu cür biganə münasibətini qeyri-adekvat və qəbuledilməz hərəkət kimi qiymətləndiririk. Və bir daha diqqətə çatdırmaq istəyirik ki, məhz sizin bu cür qeyri-adekvat yanaşmanız gələcəkdə oxşar cinayətlərin, növbəti kütləvi qırğınların təkrarlanmasına zəmin yaradır.
Biz sizi təkcə erməni əsgər analarını dinləməklə və həlak olmuş erməni əsgərləri üçün dualar etməklə kifayətlənməməyə çağırırıq. Ədalət birtərəfli ola bilməz. Və yaxud, haqqı qoyub nahaqqı müdafiə etmək də ədalətlilik, obyektivlik sayıla bilməz. Biz sizi bu cür "ikili standartlar”dan əl çəkməyə və nəhayət ki, erməni faşizminə obyektiv qiymət verməyə, o cümlədən erməni faşizminin törətdiyi qətliamlar və vəhşiliklər nəticəsində Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş 25 min, İkinci Qarabağ müharibəsində isə həlak olmuş 6 min insan haqqında fikirləşməyə dəvət edirik.
Onu da mütləq nəzərə alın ki, bu qədər insanın məhvinə səbəb olmuş hər iki müharibə Ermənistan ərazisində deyil, məhz Azərbaycan ərazisində aparılıb. Yəni ki, torpaqları işğala məruz qalan ölkə Ermənistan deyil, Azərbaycan Respublikasıdır. Ermənilər bizim torpaqlarımızı məhz sizin – beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların gözü qarşısında 30 il ərzində işğal altında saxlayıblar.
Biz Milli Həmrəylik Partiyası olaraq sizi sözlə inandırmaq, sizi Azərbaycanın tərəfini tutmağa çağırmaq niyyətində deyilik. Biz sizi sadəcə haqqın tərəfində dayanmağa, obyektiv olmağa, erməni faşizminə, Ermənistanın terrorçu siyasətinə öz vicdanınızın səsinə qulaq asaraq qiymət verməyə çağırırıq.
Biz xüsusən də bir əsrdə iki dünya müharibəsinin ağrı-acısını yaşamış, alman faşizminin törətdiyi müsibətlərə, kütləvi qırğınlara şahidlik etmiş Avropa xalqlarını, Avropa liderlərini erməni faşizminə qarşı susmamağa, Xocalı soyqırımına siyasi qiymət verməyə çağırırıq. Cənablar, heç olmasa, günün birində bu cür dəhşətli cinayətlərin yenidən Avropa qitəsinin bu və ya digər nöqtəsində təkrarlanmaması naminə Xocalıda baş verən vəhşilikləri Soyqırımı kimi tanıyın və cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün cəhd göstərin.
Eləcə də bütün beynəlxalq təşkilatları, böyük dövlətləri Xocalı qətliamını törədən və hətta bu gün də Azərbaycana qarşı revanşist çağırışlar edən Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Zori Balayan kimi müharibə canilərini ədalət məhkəməsi qarşısına çıxarmaq üçün hərəkətə keçməyə çağırırıq. Caniləri vaxtında cəzalandırın ki, cinayətlər təkrarlanmasın, xalqlar və insanlar da əminamanlıq içində yaşasın!
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov
GunAz.az