Prezident yeni Agentliyə icraçı direktor təyin etdi - Sərəncam
Prezident İlham Əliyev Ə.M.İsmayılovun Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilsin”.